7 Yanvar 17:45
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya və Suriya sərhədlərinin təhlükəsizliyini təmin etmək, silah və narkotik qaçaqmalçılığı, eləcə də İŞİD terror təşkilatına qarşı mübarizədə birgə təhlükəsizlik komitəsi yaratmaq barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İordaniya xarici işlər naziri Ayman Səfadi suriyalı həmkarı Əsəd Həsən əl-Şibani ilə birgə mətbuat konfransında bildirib.

“Biz sərhədlərin təhlükəsizliyini, xüsusilə silah və narkotik qaçaqmalçılığı və İŞİD-in yenidən dirçəlməsi təhlükəsini müzakirə etdik. Bizim təhlükəsizliyimiz birdir, bu ümumi təhdidlərlə mübarizəni birgə koordinasiya edəcəyik”, - o vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər