Finlandiya və Almaniya arasında zədələnmiş "C-Lion1" dənizaltı telekommunikasiya kabeli təmir edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "Cinia Oy" operator şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, Finlandiya ilə Almaniya arasında birbaşa sualtı kabel əlaqəsi bərpa olunub və tam fəaliyyət göstərir.