7 Yanvar 19:38
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fransa liderləri afrikalılara hörmət etməyi öyrənməlidirlər".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Çadın xarici işlər naziri Abderaman Kulamalla Fransa Prezidenti Emmanuel Makronun Saheldə terrorla mübarizədə göstərilən köməyə görə Afrika dövlətlərinin təşəkkür etməməsi barədə açıqlamasını şərh edərkən bildirib.

Kulamallanın sözlərinə görə, belə bəyanatlar Fransa liderinin Afrika və afrikalılara qarşı alçaldıcı münasibətini əks etdirir.

"Fransa liderləri Afrika xalqına hörmət etməyi öyrənməlidirlər", - XİN başçısı bildirib.

O əlavə edib ki, Fransa Çad ordusunu yaratmayıb və heç vaxt onun struktur inkişafına töhfə verməyib, əksinə, Çad xalqı tam suverenliyə və həqiqi müstəqilliyə can atır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər