Azərbaycan və Ermənistan arasındakı hazırkı əlaqələri yüksək qiymətləndiririk.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Bakı və İrəvan ilə əlaqələrin inkişafı üçün hər şeyi edəcək.
"Biz bu əlaqələri yüksək qiymətləndiririk və bu münasibətləri daha da inkişaf etdirmək üçün bizdən asılı olan hər şeyi etmək niyyətindəyik", - deyə Peskov qeyd edib.