9 Yanvar 14:18
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonrakı planları səbəbindən Avropada narahatlıqlar getdikcə artır.

Teleqraf.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.

Məlumata görə, Vaşinqtonun tərəfdaşları Avro-Atlantik münasibətlərin gələcəkdə pisləşəcəyini ehtimal edir.

Trampın, xüsusən də Qrenlandiya ilə bağlı son bəyanatları ABŞ-nin növbəti dörd il ərzində siyasətinin istiqaməti ilə bağlı avropalı müttəfiqlərin narahatlığını artırıb.

Yazıda bildirilib ki, indi Aİ və ABŞ-nin NATO-dakı avropalı müttəfiqləri Trampın Ağ Evə qayıtmasını qeyri-müəyyənliklə gözləyir.

Xatırladaq ki, 2 gün əvvəl Donald Tramp Floridada keçirdiyi mətbuat konfransında Panama kanalı və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün iqtisadi və ya hərbi gücdən istifadə imkanını istisna etməyəcəyini bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər