Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Radar Armenia” məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edən həmsöhbətlər, artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirə aparıb və yeni əməkdaşlıq yollarını müəyyən ediblər.
Danışıqlar zamanı iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunulub, infrastrukturun inkişafı layihələri barədə fikir mübadiləsi aparılıb.
Armen Qriqoryan ikitərəfli əlaqələrin inkişafı zərurətinə əsaslanan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.