“Salome Zurabişvili müxalifətin sıravi üzvlərindən biridir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze brifinqdə deyib.
Onun sözlərinə görə, eks-prezidenti təqaüdə layiq görən “Makkeyn İnstitutu” Gürcüstandakı etirazlarda qurbanların olmamasından narahatlığını ifadə edib.
“Salome Zurabişvili prezident postunu tərk edən kimi bu institutun üzvü oldu. Hesab edirəm ki, nəticə çıxarmaq çətin deyil”, - partiya rəsmisi söyləyib.
Qeyd edək ki, S.Zurabişvili ABŞ-nin “Makkeyn İnstitutu”nun Kissincer təqaüdçüsü olub. Sabiq dövlət başçısı bu gün keçirdiyi brifinqdə prezident olduğunu və prezident olaraq qalacağını deyib.