9 Yanvar 22:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los-Anceles qraflığında davam edən meşə yanğınlara görə daha 200 min insanının təxliyə olunması prosesinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, dairə şerifi Robert Luna mətbuat konfransında vəziyyətin kritik olduğunu bildirib.

“Hazırda Los-Anceles dairəsində təxliyəyə hazır 200 min insan var. Yerli sakinləri dərhal təxliyə əmrlərinə əməl etməyə çağırıram,” - deyə o qeyd edib.

Eyni zamanda, şerif hüquq-mühafizə orqanlarının yanğınlardan faydalanaraq qarətə cəhd edən şəxslərə qarşı tədbirlər gördüyünü vurğulayıb.

“İndiyədək 20 qarətçi saxlanılıb, lakin təəssüf ki, bu rəqəmin artacağı gözlənilir. Belə davranışa qətiyyən dözməyəcəyik,” - deyə Luna bildirib.

Meteoroloqlar xəbərdarlıq edir ki, güclü külək və aşağı rütubət kimi əlverişsiz hava şəraiti cümə gününə qədər davam edəcək. Yanğınlarla mübarizə üçün qonşu əyalətlərdən – Vaşinqton, Oreqon və Nevadadan təcili yardım xidmətləri bölgəyə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər