9 Yanvar 23:18
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın dövlət borcu 2024-cü ilin sonunda 7 trilyon qrivnaya (165,1 milyard dollara) çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” jurnalının hesabatında bildirilir.

2024-cü il dövlət büdcəsinin icrasının nəticələrinin təhlilinə əsasən, dövlət borcunun ÜDM-ə nisbəti 92% təşkil edib.

Dövlət borcunun strukturunda ən böyük hissəsini (96%) birbaşa dövlət borcları, qalan 4%-ni isə dövlət zəmanəti ilə borclar təşkil edir.

Dövlət borcunun artması hərbi vəziyyət şəraitində büdcənin maliyyələşdirilməsi üçün tələb olunan əhəmiyyətli xarici və daxili borclar hesabına baş verib. Dövlət borcunun artmasının digər mühüm amili qrivnanın məzənnəsinin dünyanın aparıcı valyutalarına nisbətən zəifləməsidir.


Müəllif: Arzu

Oxşar xəbərlər