10:29
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Mixael Rot Gürcüstana səfər edib.

Teleqraf.com xəbər verir ki, o, “X” paylaşımında Tbilisini əsl Avropa paytaxtı adlandırıb.

Gürcüstandakı hakimiyyəti “avtoritar rejim” və etirazlar zamanı saxlanılanları “siyasi məhbus” adlandıran M.Rot Rustaveli prospektindəki aksiyaya qoşulacağını elan edib.

Bundestaq nümayəndəsinin Tbilisiyə səfərinə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili münasibət bildirib. O, “İmedi” telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib ki, M.Rot Almaniyada keçiriləcək növbəti parlament seçkilərində namizədliyini irəli sürmək fikrində deyil:

“O, aktiv siyasətlə vidalaşır və Rustaveli prospektində toplaşan insanlarla bir növ vida mərasimi keçirəcək”.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər