14:45
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı ritorikasında hər hansı bir dəyişiklik yalnız Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra qiymətləndirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Valsın Ukraynanın Rusiyanın nəzarəti altında olan əraziləri qaytara bilməyəcəyini etiraf edən açıqlamalarını şərh edərkən deyib.

Peskov vəziyyəti diqqətdə saxladıqlarını, lakin bu haqda danışmağın hələ tez olduğunu vurğulayıb.

Kremlin sözçüsü, həmçinin Rusiya təbii qazının Ukrayna vasitəsilə Avropaya ixracının dayandırılması məsələsinə də toxunub.

Onun sözlərinə görə, Rusiya enerji resurslarının təbii ixrac marşrutlarını sanksiyalarla “dayandırmaq” mümkün deyil.

Mətbuat katibi bildirib ki, sanksiyaların nəticələrini minimuma endirmək üçün alternativ variantlar nəzərdən keçiriləcək.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər