Danimarka hökuməti Arktika ərazilərində Trampla dialoqa hazır olduqlarını təsdiqləyib
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Rasmussen açıqlama verib.
Nazir ölkəsinin amerikalıların Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını bölüşdüyünü diqqətə çatdırıb.
"Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ-nin yeni seçilmiş prezidenti ilə danışıqları davam etdirməyə hazırdır”, - deyə Rasmussen bildirib.
Bir neçə gün əvvəl Qrenlandiyanın xarici işlər və müstəqillik naziri Vivian Motzfeldt Trampla əməkdaşlığa dair oşxar açıqlamalarla yadda qalmışdı.
Trampın fikrincə, Çin və Rusiyanın təhlükələrindən qorumaq üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.
Yeni Ağ Ev lideri ötən həftə Floridada keçirdiyi mətbuat konfransında Panama kanalı və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün iqtisadi və ya hərbi gücdən istifadə imkanını istisna etməyəcəyini bəyan edib.