İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Azərbaycan və Ermənistana səfərləri barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, Tehranın iki ölkə arasında sülhdə maraqlı olduğunu iddia edib.
“Cənubi Qafqazın təhlükəsizliyi bizim üçün çox önəmlidir. Təhlükəsizlik və sabitlik xarici müdaxilələrdən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir. Bu səfər iki ölkə ilə münasibətləri gücləndirmək, regionda sülhün qorunması və möhkəmləndirilməsinə yönəlmiş proseslərin, o cümlədən 3+3 formatında davam etdirilməsini təmin etmək məqsədi daşıyırdı”, - iranlı diplomat bildirib.
Bəqayinin sözlərinə görə, Tehran bütün imkanları ilə bu prosesi dəstəkləməyə hazırdır.