“Bu gün Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində vəziyyət arzu edilməyən səviyyədədir, lakin biz əminik ki, bəzi məsələlər dəyişə və tamamilə başqa imkanlar yarana bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Onun sözlərinə görə, Gürcüstanın ənənəvi tərəfdaşları və müttəfiqləri ölkənin daxili işlərinə müdaxilələrin və təzyiqlərin göstərilməsinin bayraqdarları oldular.
“Baş verənlərdən Gürcüstanın aldığı vacib dərs gələcəkdə münasibətlərin normallaşdırılması üçün faydalı olacaq”, - M.Boçorişvili söyləyib.
XİN başçısı avropalı tərəfdaşlarla diplomatik kanallar vasitəsilə kommunikasiyalar və dialoqun davam etdirildiyini vurğulayıb.