10:18
2 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.

Teleqraf.com-un əldə etdiyi xəbərə görə, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir.

O, 2004-cü ildən nazir müavini postunda çalışır.

A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini postu mövcuddur. Hazırda isə birinci müavin və digər iki müavin yeri boşdur. İndi maliyyə nazirinin bir müavini var. O da 55 yaşlı Azər Bayramovdur.

Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifədən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu postda çalışırdı.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər