15:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.

Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,9% çoxdur.

Xidmətin məlumatında qeyd edilib ki, bu artım, 2024-cü ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində yaşanıb.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,7% artaraq 3,8 milyard manatdan çox təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,7% artaraq 208,1 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9% artaraq 156,9 milyon manata çatıb.

Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,6% artaraq 1 milyard manatdan çox, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10% artaraq 721,3 milyon manat olub.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər