Çasiv Yar şəhərinin ələ keçirilməsi Rusiya ordusuna Donbas aqlomerasiyasının Kiyevin nəzarətində olan sonuncu iri şəhərləri üzərindəki dominant yüksəklikləri tutmağa və yerdə Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını pozmağa imkan verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı hərbi analitik Vitali Kiselyov deyib.
Onun iddiasına görə, ukraynalıları Çasiv Yardan çıxarmağa çox az vaxt qalıb:
“Ən əsası isə odur ki, biz artıq Donbass aqlomerasiyasının son şəhərlərinə çatırıq: Konstantinivka və Kramatorsk. Çasiv Yar dominant yüksəklikdə yerləşir”.
Kiselyov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu ərazidə mühasirəyə alınıb:
“Biz bu gün orada üstün tərəfik. Bu nöqtədə mütləq qələbə olacaq. Bu, bizə logistikanı daha da genişləndirməyə və düşmənin logistika zəncirinə zərbə endirməyə imkan verəcək”.
Xatırladaq ki, Ukraynanın monitorinq qrupu “DeepState” bundan əvvəl Donetsk vilayətinin Çasiv Yar və Toretsk şəhərlərinin artıq Rusiya ordusu tərəfindən ələ keçirildiyini iddia etmişdi.