10:38
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının lideri Abdullah Öcalanla həbsxanada ilk görüşdən sonra Türkiyənin siyasi partiyaları ilə təmaslarını başa vuran DEM Partiyasının heyəti ikinci görüşə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr xatırladıb ki, Sırrı Sürəyya Öndər, Pərvin Buldan və Ahmet Türkdən ibarət heyəti ötən həftəsonu həbsxanada HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş, Figən Yüksəkdağ və Leyla Güvən, eləcə də Diyarbakır bələdiyyəsinin sabiq sədri Səlcuq Mızraklı ilə görüşüb.

Mənbə qeyd edir ki, DEM heyəti bu həftə ikinci dəfə Öcalanla görüşəcək:

“Öcalanın ikinci-üçüncü görüşlərdən sonra daha konkret açıqlamalar verəcəyi bildirilir. Öcalanın terror təşkilatının Qəndil (İraq) və Suriyadakı liderlərinə müraciət edərək, onları “muxtariyyət və federasiya” tələblərindən əl çəkməyə və Suriyanı tərk etməyə çağıracaq”.

Proseslə bağlı Türkiyə prezidentinin baş müşaviri Mehmet Uçum "X" hesabında yazıb:

“Dövlət terrora son qoymaqda qətiyyətlidir: terrora hər mənada və hər çərçivədə davamlı proseslə son qoyulacaq. Bunun başqa mövzu ilə heç bir əlaqəsi yoxdur. Bunun üçün heç bir danışıqlar, sövdələşmə yoxdur. Terrora son qoymaq üçün konsensus axtarmaq, komissiya yaratmaq və ya qanunverici orqana müraciət etmək absurddur. Bunlar işləri daha da çətinləşdirir. Dövlət hər yerdə və hər şəraitdə terrorun hərəkətlərinə, dilinə, qəyyumluğuna və təşkilatlanmasına son qoyacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər