13:53
3 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra SDQ/PKK/PYD terror təşkilatının Şərqi Aralıq dənizindən Suriyanın şimalına dəhliz yaratmaq planı puça çıxdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti bildirib.

Nəşr Türkiyə xarici işlər naziri Hakan Fidanın məsələ ilə əlaqədar son mesajlarına diqqət çəkib:

Fidanın da iştirak etdiyi Səudiyyə Ərəbistanında keçirilən Suriya toplantısı çox əhəmiyyətli idi.

Həmin iclasda Fidan ABŞ-yə konkret mesaj göndərdi:

“Əgər SDQ mərkəzi hökumətlə inteqrasiya səylərində səmimidirsə, özünü buraxdığını bəyan etməlidir. Terror təşkilatı Fəratın şərqi - çoxluğun ərəb olduğu bölgə üçün ciddi təhlükə yaratmağa və Suriya xalqının ehtiyac duyduğu təbii sərvətləri talan etməyə davam edir. İŞİD-lə effektiv mübarizə aparmaq üçün yeni administrasiyanın potensialını gücləndirmək üçün birlikdə işləyə bilərik”.

Bu mesajın Qətərdən BƏƏ-yə, Livandan İordaniyaya və Trampın yaxın olduğu Səudiyyə Ərəbistanında ərəb ölkələrinin nümayəndələri qarşısında çatdırılması vacibdir.

Fidanın bu kontekstdə aşağıdakı cümləsi də diqqəti çəkir:

“Suriya administrasiyasına İŞİD-lə mübarizədə kömək edəcəyik, onu gücləndiririk. SDQ-yə ehtiyac yoxdur”.

ABŞ müdafiə naziri Lloyd Ostin bundan əvvəl Fidanın aradan qaldırılma təklifinə fərqli bir yanaşma ilə cavab vermişdi: SDQ-nin inteqrasiyası.

“SDQ bizim üçün yaxşı müttəfiq olub. Ancaq nə vaxtsa SDQ-nin Suriya ordusu ilə inteqrasiyasına nail olmaq mümkündür. Sonra Suriya bütün düşərgələrə (İŞİD üzvlərinin saxlanıldıqları məkanlar) nəzarəti ələ keçirə və bu düşərgələri qoruya bilər. Amma mən hesab edirəm ki, indi biz öz maraqlarımızı qorumalıyıq”, - Ostin bildirib.

Bu nöqtədə SDQ və ya PKK/PYD-nin Şərqi Aralıq dənizindən Suriyanın şimalına hərbi muxtar dəhliz yaratmaq xəyalı puça çıxır. Bundan sonra məsələ Ərdoğan-Tramp görüşünə buraxılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər