Şimali Koreya qoşunları Rusiyanın Kursk vilayətində gedən döyüşlərdə 3 min hərbçisini itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.
“Şimali Koreyanın Kursk vilayətindəki hərbçiləri təxminən 3000 nəfər təşkil edir: 300-ü ölüb, 2700-ü yaralanıb”, - kəşfiyyat bildirib.
Cənubi Koreya kəşfiyyatı Şimali Koreya hərbçilərinin çoxsaylı itkilərini onların müasir müharibəni düzgün anlamamaları və uzaqmənzilli PUA-lara qarşı müdafiəyə hazır olmamaları ilə əlaqələndirib.
Həmçinin kəşfiyyatın iddiasına görə, Şimali Koreya Ukraynaya diri əsir düşməmək üçün öz yaralı əsgərlərini intihara məcbur edir.
Cənubi Koreya kəşfiyyatının məlumatında qeyd edilib ki, ötən həftə əsir götürülən iki Şimali Koreya hərbçisi ölkənin Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır.