Rusiya qoşunları son sutka ərzində Ukraynanın Donetsk vilayətinin 8 yaşayış məntəqəsində, xüsusən də Toretsk və Çasiv Yar şəhərləri ərazilərində irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Söhbət Çasiv Yar və Toretsklə yanaşı, Yantarnı, Novovasilivka, Yelizavetivka, Zeleni, Zvirovoy və Kotlını şaşayış məntəqələrindən gedir.
Nəşrin yazdığına görə, Çasiv Yar və Toretsk ruslar tərəfindən demək olar ki, tamamilə ələ keçirilib.
“Bu şəhərlər ya işğalçıların nəzarəti altındadır, ya da boz zonadadır”, - məlumatda deyilir.