Rusiya qoşunları Ukraynanın sərhədyanı Sumı vilayətinin ərazisinə daxil olaraq, Kursk vilayətindəki Ukrayna qüvvələrini mühasirəyə almağa cəhd edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Vilayətin Juravka kəndinə girən Rusiya qüvvələri Ukrayna ordusunun güclü hava və artilleriya zərbələri ilə üzləşiblər. Məqsədin Ukrayna Silahlı Qüvvələrinin Kurska gedən yolunu bağlamaq və onları mühasirəyə almaq olduğu bildirilir.
ABŞ institutu qeyd edib ki, məhdud miqyasda olsa da, Rusiya qoşunları Ukraynanın sərhəd bölgəsində irəliləyiblər.