12:35
205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın müdafiə naziri Lloyd Ostin Birləşmiş Ştatlar hökumətinə daha əvvəl planlaşdırılan illik müdafiə xərclərini 50 milyard dollar artırmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun rəhbəri müvafiq tövsiyələri Bloomberg- in əldə etdiyi Ağ Evin İdarəetmə və Büdcə Ofisinə göndərdiyi məktubunda yer alıb.

Ostin, həmçinin yaxın bir neçə ildə ölkənin müdafiə büdcəsini 1 trilyon dollardan çox artırmaq təklifini irəli sürüb.

Məlumata görə, Pentaqon rəhbəri Donald Trampın gələcək administrasiyasına müdafiə xərclərini artırmaq üçün beş illik plan təklif edir.

Sənəddə 2026-cı maliyyə ilində müdafiə xərcləri üçün əvvəllər planlaşdırılan 876,8 milyard dollar əvəzinə 926,5 milyard dollar, 2027-ci maliyyə ilində isə 1 trilyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulub.

Ostinin planında Ukrayna və İsrailə verilən silahların dəyişdirilməsi üçün əlavə maliyyə vəsaiti nəzərdə tutulmayıb.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden ötən ilin dekabr ayında ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar məbləğində təsdiqləyib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər