İran Suriyada PKK/YPG terror təşkilatı ilə Türkiyəyə qarşı əməkdaşlığa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni iranşünas Vardan Voskanyan bildirib.
Ekspert Türkiyə mənbələrinə istinadla deyib ki, Tehran bu əməkdaşlıq çərçivəsində PKK/YPG-yə 1500 PUA və zenit sistemi təhvil verib:
“Əgər bu xəbər doğrudursa, o zaman Suriya ərazisində Türkiyəyə qarşı kürd-İran əməkdaşlığının getdikcə reallığa çevrildiyi göz qabağındadır”.