ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşə bilər.
Teleqraf.com "Yonhap" agentliyinə istinadən xəbər verir ki, təmaslar çərçivəsində Tramp həmkarından Şimali Koreyanın nüvə proqramının müvəqqəti dondurulmasını tələb edəcək.
Qeyd edək ki, daha əvvəl "Reuters" liderlərin görüş imkanlarını nəzərdən keçirdiklərini yazmışdı.
Xatırladaq ki, qarşıdakı həftələrdə Vladimir Putinlə Donald Tramp arasında görüşün olacağı ilə bağlı məlumatlar da var.