Azərbaycanda ictimai-iaşə obyektləri ilə bağlı bir sıra xərclər açıqlanıb.
Teleqraf.com-un xəbərinə görə, ölkədə “Lunch Menu” qiymətləri ortalama olaraq 8,68, restoranda bir nəfərlik axşam yeməyi 33,5, “Fast food” qidaların qiyməti isə 7,1 dollar təşkil edib.
İçkilərlə bağlı da bir sıra qiymətlər açıqlanıb. Belə ki, kafe və restoranlarda bir nəfər üçün pivənin ortalama qiyməti 1,6, “Cappucino”nun 3,47, “Pepsi” və “Coca-Cola”nın qiyməti isə 0,66 dollar olub.