“İt hürər, karvan keçər”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu ifadə ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi biznes nümayəndələrinin larinin ucuzlaşması fonunda Gürcüstanı ciddi iqtisadi problemlərin gözlədiyi ilə bağlı açıqlamalarına cavab verib.
Onun sözlərinə görə, bu cür açıqlamaları verənlər radikal müxalifətin tərəfdarlarıdır.
“Onlar 2020-ci ildən bəri davamlı olaraq risklərdən və problemlərdən danışırlar. Radikalların proqnozları doğrulmadı. Bu bəyanatlar fonunda biz 4 il ərzində ölkə iqtisadiyyatını 40 milyard lari böyüdə bilmişik”, - İ.Kobaxidze söyləyib.
Baş nazir həmçinin bildirib ki, ötən il Gürcüstanda 9%-lik iqtisadi artım qeydə alınıb və 2025-ci ildə iqtisadi artım tempinin 10%-i ötəcəyi gözlənilir.