“Estoniya parlamentinin Gürcüstan hökuməti, parlamenti və prezidentini tanımaması haqqında bəyanatı qəbuledilməzdir”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
O, sənədi gürcü xalqının iradəsinə hörmətsizliyi nümayiş etdirən anti-Gürcüstan addımı adlandırıb.
“Buna baxmayaraq, biz Estoniya ilə birtərəfli dostluq rejimində qalırıq”, - İ.Kobaxidze qeyd edib.