Gürcüstan ABŞ ilə münasibətləri bərpa etməyə tam hazırdır.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan münasibətlərin yenidən başlamasında çox maraqlıdır.
“Biz ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən yeniləmək istədiyimizi bəyan etmişik. Biz münasibətləri konkret yol xəritəsi əsasında bərpa etmək istəyirik”, - baş nazir deyib.
İ.Kobaxidze Gürcüstan hökumətinin ABŞ-nin yeni prezident administrasiyası ilə ortaq dəyərə malik olmaqdan məmnunluğunu bildirib:
“Prezident Trampın administrasiyasının ABŞ-də “dərin dövlət”i tam məğlub edə bilib-bilməyəcəyindən çox şey asılı olacaq”.
Xatırladaq ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb.