14:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son üç il ərzində Gürcüstanda inqilaba dörd uğursuz cəhd olub. Hər dörd halda xarici, həmçinin ABŞ maliyyələşməsi də sərf edilib”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

O, ABŞ Prezidenti Donald Trampın digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında fərmanını alqışlayıb.

İ.Kobaxidze qeyd edib ki, D.Trampın qərarı ilə ABŞ-nin vəsaitlərinin çox vaxt yanlış proseslərin maliyyələşdirilməsi və konkret ölkələrin suverenliyini pozmaq üçün istifadə edildiyi aydın oldu.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər