Gürcüstanda son həftə ərzində yanacağın qiymətində artım müşahidə olunur.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli biznes nəşrləri yazıb.
Bahalaşmanın bütün yanacaq növlərinin qiymətlərində qeydə alındığı bildirilib.
Məlumatlara əsasən, qiymət bir litr üçün orta hesabla 5-8 tetri arasında artıb.