15:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karyerasını başa vuran Mariya Stadnik bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək.

Teleqraf.com xəbər verir ki, o, qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

Stadnik zəngin təcrübəsini Azərbaycan qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

Qeyd edək ki, Mariya Stadnik karyerası ərzində 2 dəfə dünya, 10 dəfə Avropa çempionu, 2 dəfə Avropa Oyunlarının və eyni sayda İslam Həmrəyliyi Oyunlarının qalibidir. O 4 qat Olimpiya medalçısıdır.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər