Bu yaxınlarda sim-sim.az saytına baş redaktor təyin olunmuş Aqşin Yenisey vəzifəsindən gedib.
Teleqraf.com-un məlumatına görə, bu barədə o, özünün feysbuk hesabında yazıb.
Aqşin Yeniseyin yazdığı statusdan onun istefa verdiyi, yoxsa vəzifədən azad edildiyini aydınlaşdırmaq mümkün deyil.
O, yalnız bu sözləri qeyd edib: "Dostlar, sim-sim-lə bağlı bütün münasibətlərim başa çatdı. Narahat etməyin".
Xatırladaq ki, sim-sim.az saytının təsisçisi Azərbaycan Dillər Univesritetinin rektoru Kamal Abdulladır.