Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransalı yazıçı Anni Erno olub.
Teleqraf.com xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.
Qeyd edilib ki, qalibin elan olunma mərasimi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilib.
Nobel Komitəsinin məlumatında Anni Ernonun mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini üzə çıxarmaqda göstərdiyi cəsarət və klinik kəskinliyə görə" layiq bilindiyi vurğulanıb.