“Bir gün əvvəl Nikol Paşinyan “Mənim addımım” fraksiyasının millət vəkilləri ilə parlamentin iclas salonunda gecə saatlarına qədər qapalı görüş keçirib. Baş nazir təhlükəsizlik işçilərinə belə ərazini tərk etmələrini əmr edib. Paşinyan komandasına güvəndiyini və bu təlatüm mərhələsini dəf edə biləcəklərini əmin olduğunu qeyd edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat verib.
Nəşr bununla belə, Ermənistan başçısının komandasının bəzi üzvlərinə iradlarını bildirdiyini də yazıb:
“O, narazılığını da ifadə edib, deyib ki, fraksiyadan çıxmaq istəyən millət vəkilləri varsa, bu barədə açıq danışa bilərlər.
Yeri gəlmişkən, erkən seçkilərin keçirilməsi məsələsi ehtiyat variant kimi müzakirə olunub. Paşinyan komandanın vahid namizəd ətrafında konsensus əldə edəcəyi təqdirdə istefaya hazır olduğunu qeyd edib, eyni zamanda kimisə namizəd göstərmək istəmədiyini söyləyib”.
Qəzetin yazdığına görə, hazırda hakim fraksiyadan ayrılmağa və baş nazirliyə yeni namizəd irəli sürülərsə, ona dəstək verməyə hazır olan 20-yə yaxın deputat var.