4 Dekabr 2020 12:21
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyan və dəstəsini dəstəkləyən bir quruma çevrilib. Bu qurum müxalifət partiyalarını hədəf seçib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Daşnaksütyun” partiyası Ali Məclisinin üzvü Artsvik Minasyan deyib.

“Təhlükəsizlik Xidməti ən azı hökumət binası, baş nazirin iqamətgahı və Milli Məclisin mühafizəsiz qalmasının necə baş verdiyini araşdırmaq məcburiyyətindədir. Axı bunlar xüsusi qorunan ərazilərdir”, - Minasyan vurğulayıb.

Partiya rəsmisi sözügedən quruma qarşı Ermənistan Cinayət Məcəlləsinin ən azı 4 maddəsi ilə tələb irəli sürdüklərini söyləyib:

“Bu, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və vəzifəli şəxslərin tapşırıqları ilə müəyyən şəxslərə xeyli ziyan vurmaqdır. Bu gün hökumət özünü xilas etmək üçün hər cür vasitəyə əl atır, amma əminəm ki, bu hökumətin çox az vaxtı qalıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər