4 May 2022 15:07
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan parlamentinin binasını ələ keçirməyə cəhdin mümkün olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinə mötəbər mənbədən məlumat daxil olub ki, İrəvanda keçirilən mitinqin təşkilatçıları Ermənistan parlamentinin bu gün keçirilən növbəti sessiyası zamanı təxribat yolu ilə qanunsuz əməllər törətmək və aksiya iştirakçılarını buna sövq etmək niyyətindədir”, - açıqlamada deyilib.

Açıqlamada parlamentin binasını ələ keçirməyə cəhdin olacağı istisna edilməyib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti mitinqlərin təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edir ki, qanunsuz əməllərə yol verməkdən çəkinsinlər, əks halda baş verənlərə görə bütün məsuliyyəti etiraz aksiyalarının təşkilatçıları daşıyacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər