11 May 2022 19:23
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan nümayəndələrinin sərhədin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı görüşü olacaq. Həmçinin iki ölkənin xarici işlər nazirlərinin görüşü də planlaşdırılır”.

Teleqraf.com “Armenia Today”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Niderland Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında bildirib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün addımlar atılır: "Biz Azərbaycanla regional kommunikasiyalar, dəmir yolları və avtomobil yollarını açmalıyıq. Biz Türkiyə ilə söhbətə başladıq, ilkin şərt olmadan münasibətlərin normallaşdırılması prosesinə başlamağa razılaşdıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər