16 İyun 2022 13:17
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət küçə səhnəsindən başqa mərhələyə keçir. Məncə, bu mərhələdə əsas məqsəd iqtidarı ələ keçirmək yox, müxalifət meydanında öz mövqelərini gücləndirməkdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan müxalifətin İrəvanın “Fransa” meydanındakı çadırları sökmək qərarından danışarkən deyib.

Onun sözlərinə görə, parlament müxalifətinin həm mövqelərini gücləndirməkdə, həm də daxildə problemləri var.

Badalyan hakimiyyəti küçə yürüşləri ilə ələ keçirmək istəyi baş tutmayan və bu yoldan əl çəkən Ermənistan müxalifətinin qarşıdakı illərdə keçiriləcək seçkilərə hazırlaşdığını bildirib.

Ekspertin fikrincə, sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan küçə mübarizəsi ilə hakimiyyəti ələ keçirə bilməyəcəklərini anlayırlar:

“Düşünmürəm ki, onların məqsədi küçədən hakimiyyətə gəlmək olub. Məqsədləri müxalifətdəki yerlərini möhkəmlətməkdir”.

Bununla belə, Badalyan Köçəryan və Sərkisyanın növbəti parlament seçkilərində qalib gələcəyinə inanmadığını da söyləyib:

“Onların sabit elektoratı var. Bu isə onlara ən azı parlamentdə müəyyən sayda yer tutmağa imkan verir”.


Müəllif: Mənsur Rəğbətoğlu