Əgər Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana səfər etmək qərarına gəlibsə, bunu qəbul etməliyik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qaqik Melkonyan deyib.
Siyasətçi Ukrayna liderinin ölkəsinə gəlməsində bir problem görmədiyini bildirib.
Melkonyan Rusiyanın həmin səfərə necə reaksiya göstərəcəyi ilə bağlı suala belə cavab verib:
“Rusiyanın nə reaksiya verib-verməyəcəyi bizi maraqlandırmır, öz işidir. Biz öz dövlətimizin mənafeyində maraqlıyıq, ölkəmizin maraqlarını bizə diktə etdiklərini rəhbər tutmalıyıq”.
Qeyd edək ki, Ermənistan mediası Zelenskinin bu ölkəyə səfər edəcəyi barədə məlumat yayıb.