27 Fevral 13:02
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın rəhbərinin İrəvana səfəri onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı sual eşidərkən sağ-sola qaçırlar:

“Hakim partiyanın deputatları Hayk Koncoryan, Babken Tunyan, Vahe Qalumyan, hətta “bütün məsələlər üzrə mütəxəssis” olan Andranik Köçəryan bu barədə danışmaqdan imtina edib.

Tunyan sadəcə bildirdi ki, bunu müsbət və ya mənfi qiymətləndirmək istəmir, Ukrayna prezidenti ölkəsinin seçilmiş lideridir və digər dövlətlərin başçıları kimi, xüsusi qadağa olmasa, Ermənistana səfər edə bilər.

Qalumyana görə, səfər barədə hələlik rəsmi məlumat verilməyib: “Olsa, danışarıq, ehtimallara münasibət bildirə bilmərəm”.

Rusiya ilə müharibə vəziyyətində olan bir ölkənin rəhbərinin səfəri onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirməyəcəkmi?

Deputat Qaqik Melkonyanın fikrincə, İrəvan bundan narahat olmamalıdır: “Rusiyanın hansı reaksiyanı verəcəyi bizi maraqlandırmır, bu, onun öz işidir”.

Məlumata görə, Ukrayna lideri Ermənistana martın 4-də gələcək. Ukraynanın Ermənistandakı səlahiyyətli nümayəndəsi Valeri Lobax məlumatı nə təsdiq, nə də təkzib edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər