23 Aprel 00:26
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) heç nə etməyib. Nə edibsə, KTMT özünün bəyanatları, hərəkətləri və laqeydliliyi ilə edib".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində deyib:

"Bir çoxları deyir ki, Ermənistan KTMT üçün bunu etdi, onu etdi, lakin biz onlara heç nə etməmişik. Hər nə edibsə, öz bəyanatları, hərəkətləri və hərəkətsizliyi ilə elə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü edib" - deyə, N. Paşinyan fikirlərini tamamlayıb.


Müəllif: Teleqraf.com