Erməni əsilli fransalı jurnalist Leo Nikolyanın Ermənistana girişinə qadağa qoyulub.
Teleqraf.com xəbər verir ki, o, hökumətin bu qərarına etiraz olaraq “Zvartnots” hava limanında aclıq aksiyasına başlayıb.
“Ermənistanı tərk etməyəcəm. Elə burada – “Zvartnots”da aclıq aksiyası elan edirəm. Qərarı göstərmədən vətənimə girişi əsassız olaraq qadağan ediblər. Bəlkə də Tavuşda baş verənləri işıqlandırdığım üçündür”, - Nikolyan videomüraciətində bildirib.
Jurnalist həmçinin 1991-94-cü illərdə Qarabağda döyüşdüyünü və yaralandığını, yəni Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etdiyini də etiraf edib.