22 May 12:01
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın helikopter qəzasında ölən prezidenti İbrahim Rəisinin Ermənistana səfəri planlaşdırılıbmış.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“İran prezidentinin Ermənistana səfəri növbəti dəfə planlaşdırılmışdı, bu, bizim üçün çox vacib idi. İndi biz bu faciəyə (Rəisinin ölümünə) çox təəssüf edirik”, - spiker bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu