22 May 14:26
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanda hakimiyyət əleyhinə baş verənləri qiymətləndirmək üçün nümayəndə heyəti göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr xatırladır ki, Ermənistan Baş naziri Nikol Paşinyan dünən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib:

“Baş nazirin ofisindən bildirilib ki, həm Ermənistan-ABŞ ikitərəfli, həm də beynəlxalq gündəm məsələləri müzakirə olunub. Bu çox qısa açıqlamadan başqa görüşlə bağlı başqa heç bir məlumat verilməyib. Adətən, hansısa siyasi hesablamalar olmasa, dünya supergüclərinin xüsusi xidmət orqanlarının rəhbərlərinin səfərləri işıqlandırılmır.

2022-ci ilin iyununda MKİ-nin direktoru Uilyam Börns də Ermənistana səfər edib. Börns Gürcüstan və Azərbaycanda da olub, amma görüşləri ilə bağlı açıqlama verilməyib. Paşinyan isə dərhal həm video, həm də digər məlumatları yayıb.

Böyük Britaniya məxfi kəşfiyyatının rəhbəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın dostu Riçard Mur da Ermənistana səfər edib, bu görüşlə bağlı da açıqlama verilib.

Koenə gəlincə, onun Ermənistana nə üçün gəldiyi məlum deyil. Mənbələrimizin bildirdiyinə görə, Koen Ermənistanda baş verənləri görmək, vəziyyətlə tanış olmaq və erməni müxalifət hərəkatının imkanlarını qiymətləndirmək üçün gəlib”.


Müəllif: Mənsur Rəğbətoğlu