22 May 14:43
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim partiyasının deputatı Hayk Koncoryan sabiq prezident Robert Köçəryanı “Şeytan” adlandırıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi revanşist müxalifəti siyasi murdarlıq və cibgirlikdə ittiham edib.

Koncoryanın sözlərinə görə, keçmiş hakimiyyətlər siyasi cibgirliklə xırda şeyləri yox, bütün dövləti və ölkənin sərvətlərini ciblərinə doldurublar:

“Xalqın olanını çapıb-taladınız, ciblərinizə doldurdunuz, hakimiyyətdən sui-istifadə etdiniz, indi də başqa donda qayıtmağa çalışırsınız. Bir daha təkrar edirəm: Ermənistanda siyasi bütpərəstliyin heç bir perspektivi yoxdur, çünki Ermənistanda yeni nizam, yeni siyasi əqidə yaranıb, Ermənistanda demokratiya bərqərar olub. Bəziləri inanmırlar, amma biz hər şeyi bilirik. Yenə oğruları geri qaytarmağa çalışırlar. Hakimiyyəti geri almaq üçün insanların duyğularını istismar edirlər”.

Hayk Koncoryan Şeytanın Məsihi üç dəfə sınadığı Bibliya hekayəsindən sitat gətirib: “Şeytan (Petrosyan, Köçəryan və Sərkisyan) üç dəfə erməni xalqını sınayıb. Erməni xalqı Şeytanın bu sınaqlarından üzüağ çıxıb”.

Deputat qeyd edib ki, Köçəryan 44 günlük müharibədən sonra üç dəfə Baş nazir Nikol Paşinyanı devirib hakimiyyəti ələ keçirməyə cəhd eləsə də, bu səyləri nəticəsiz olub.

Koncoryan vurğulayıb ki, Köçəryan bu dəfə orta əsrlər təfəkkürü ilə hərəkət edən erməni kilsəsinə sığınaraq öz məkrli planını həyata keçirməyə çalışır:

“Bu, həqiqətən də “master-klass”dır, bircə problem odur ki, indi XXI əsr və kameraların olduğunu hesablamamısınız. İndi orta əsrlər deyil, orta əsrlərin inkvizisiya münasibətləri yoxdur. Hansısa din adamı öz orta əsrlərini XXI əsrin xalqına sırıya bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu