Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.
Dağıdılmış üzüm bağları. Bütün kəndlər dağıdılıb. Yolun sol və sağ tərəfində olan dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulub.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı bildirib.
“Bütün kəndlər dağıdılılb. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir.
Sovet vaxtından qalan abidə, İkinci Dünya müharibəsinə həsr edilmiş abidədir, onu da dağıdıblar”, - Ali Baş Komandan əlavə edib.