22 Dekabr 2022 11:52
4 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb və biz bu məzmunda müqaviləni imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, - baş nazir bildirib.

Paşinyan sərhədlərin müyyən edilməsi və kommunikasiyaların açılması ilə bağlı prosesə də toxunub:

“Ermənistan tərəfi sərhədin demarkasiyası və təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı təkliflərini də Azərbaycana göndərib, amma indiyədək cavab almamışıq.

Ermənistan regional kommunikasiyaların yenidən açılması ilə bağlı təkliflərini Azərbaycana çatdırıb və problemin dərhal həlli üçün bu yolla getməyə hazırdır”.

Baş nazir bütün çətinliklərə baxmayaraq, hərtərəfli həll yollarına nail olmaq, sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirdiklərini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər