Dnepropetrovsk aeroportunda Ukrayna hərbi hava güvvələrinin Su-25 təyyarəsi qəzaya düşüb.
Teleqraf.com-un məlumatına görə, qırıcının pilotu vaxtında tullanaraq xilas olmağı bacarıb.
Ukrayna Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, hadisə təyyarədə baş verən texniki nasazlığa görə olub.
Su-25 bu gün günorta Dnepropetrovsk aeroportunda yerə enmə vaxtı dağılıb. Təyyarənin düşməsi nəticəsində aeroportun obyektləri zərər çəkməyib.
Ukrayna Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. /ANS PRESS/