5 İyul 2014 18:23
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də Amerikanın Azərbaycandakı səfirliyi öz ölkəsinin müstəqillik gününü qeyd edib.

Bu məqsədlə səfirliyin iqamətgahında tədbir təşkil edilib. Tədbirə bir sıra siyasi partiyaların liderləri, hökumət nümayəndələri, ictimai-siyasi xadimlər, QHT rəhbərləri, jurnalistlər dəvət edilib. Əldə etdiyimiz xəbərə görə, səfirlik yalnız özünə yaxın olan, ABŞ donorlarından qrant alan QHT-ləri tədbirə dəvət edib. Eləcə də, siyasi partiyalar arasında ciddi seçim qoyulub.

Milli Məclisdə təmsil olunan çox az sayda partiya sədri müstəqillik günü ilə bağlı tədbirə dəvət edilib. Buna səbəb isə həmin partiya sədrlərinin səfir Riçard Morninqstarın bir müddət əvvəl “Azadlıq” radiosuna verdiyi müsahibəyə görə onu kəskin tənqid etməsi olub.


Müəllif: